"SpaceX" və "Tesla" şirkətlərinin CEO-su İlon Mask qazancı ilə gündəmə gəlib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "Forbes" jurnalı məşhur CEO-nun birjadan əldə etdiyi bir həftəlik qazancı açıqlayıb.

Belə ki, jurnalda yer alan məlumata əsasən 23 oktaybrdan 31 oktyabra qədər olan 1 həftəlik müddətdə "Tesla"nın səhmləri 24% bahalaşıb. Bu artım isə İlon Maska 2 milyard dollar qazandırıb və CEO-nun sərvəti 22,9 milyard dollara çatıb.

Qeyd edə ki, İ. Mask elektromobil şirkəti "Tesla"da 22% paya sahibdir.