Yenidən başlayan Britaniya serialı "Doktor Who" Uels iqtisadiyyatına 134,6 milyon funt sterlinq gətirib.

İqtisadiyyat.az "BBC"ə istinadən xəbər verir ki, bu serialın yenidən çəkilməsi yüzlərlə iş yerinin yaradılmasına kömək edib.

Məlumata görə, məşhur serial ölkə büdcəsini doldurmağa kömək edib.

Noyabrın 23-də 60 illik yubileyini qeyd edən "Doktor Who" ən uğurlu elmi fantastika seriya kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

 

Gözəl Həşimova