Meksika sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Emiliano-Zapata bələdiyyəsindən 147 kilometr cənub-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
Sunami təhlükəsi elan edilməyib