Moskvanın Basman məhkəməsi ekstremist icma ilə bağlı cinayət işində iştirak edən Aleksey Navalnının üç vəkilinin həbs müddətini avqustun əvvəlinə qədər uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Məhkəmə müstəntiqin İqor Serqunin, Vadim Kobzev və Aleksey Liptser barəsində həbs qətimkan tədbirinin avqustun 3-dək uzadılması barədə vəsatətini təmin edib", - məhkəmədən bildiriblər.