"Ukrayna NATO-ya üzv olmaq üçün mübahisəli ərazilərdən imtina etməyə razılaşarsa, hətta Kiyevdən də imtina etməli olacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında bildirib.

Belə ki, Medvedev NATO Baş Katibinin Şəxsi Ofisinin direktoru Stian Yenssenin Ukraynanın Rusiyaya ərazi güzəştləri olacağı təqdirdə alyansa üzv ola biləcəyi ilə bağlı açıqlamasını şərh edib: 

"Niyə? İdeya maraqlıdır. Yeganə sual ondan ibarətdir ki, Ukraynanın ərazilərinin hamısı mübahisəlidir. Bloka (NATO - red.) daxil olmaq üçün Kiyev hakimiyyəti hətta Qədim Rusiyanın paytaxtı Kiyevin özündən də imtina etməlidir”, - Medvedev qeyd edib.

"O zaman onlar (Ukrayna hakimiyyəti - red.) paytaxtı Lvova köçürməli olacaqlar. Əgər, əlbəttə ki, polyaklar razılaşsalar", - Medvedev qeyd edib.

Qeyd edək ki, NATO Baş Katibinin Şəxsi Ofisinin direktoru Stian Yenssen Ukrayna Rusiyanın işğal etdiyi əraziləri verməyə razılaşarsa, NATO üzvü ola bilər.