“Crocus City Hall”da baş verən terror aktının əsl təşkilatçıları Ukrayna rəsmiləridir”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, təşkilatçılar hələ də İŞİD terror qruplaşmasının kölgəsində gizlənirlər.

D.Medvdev, həmçinin hadisəni Ukraynaya bağlı muzdluların təşkil etdiyini bildirib.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.