"2023-cü il yanvarın 1-dən Rusiya Silahlı Qüvvələrində müqaviləli xidmətə təxminən 280 min nəfər qəbul edilib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

"Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 1-dən indiyədək 280 minə yaxın insan Silahlı Qüvvələrin sıralarına qəbul edilib", - RF Təhlükəsizlik Şurasının rəhbərinin müavini deyib.

Medvedev həmin şəxslərin bəzilərinin ehtiyatdan, bəzilərinin isə könüllü olaraq xidmətə yazıldığını qeyd edib.