Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını danışıqlar masası arxasında deyil, Sankt-Peterburqun saray və park kompleksləri ilə tanışlıq zamanı müzakirələr aparmağa dəvət edib.

 

Gözəl Həşimova