Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasının noyabrın 7-8-də Rusiyada keçirilməsi planlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birliyin Baş katibi Sergey Lebedev Aşqabadda keçirilən şura iclasında bildirib.

Məlumata görə, Aşqabadda keçirilən görüşdə iştirakçı ölkələrin hökumət başçıları iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Gözəl Həşimova