"Azərbaycanda növbədənkənar prezident seçkiləri ölkə qanunvericiliyinə və demokratik prinsiplərə uyğun keçirilib".

İqtisadiyyat.az xəbər verir ki, bunu MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün müşahidəçilər seçkilərin mütəşəkkil, aydın və rəqabətli keçirildiyi barədə eyni fikirdədirlər.

Bildirilib ki, müşahidəçiləri vətəndaşların yüksək fəallığı heyran edib.  

 

Gözəl Həşimova