"Donald Tramp qarşıdan gələn seçkilərdə ABŞ prezidenti olmasa, ölkə tiraniya yoluna düşə bilər".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask bildirib.

“Tramp seçilməsə, Amerika təhlükə altında olacaq. O, qalib gəlməlidir”, – Mask deyib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Vitse-prezident Kamala Harris Demokratlar Partiyasından, eks-prezident Tramp isə Respublikaçılar Partiyasından çıxış edəcək.

Bundan əvvəl İlon Mask ABŞ prezidenti Co Baydenə sui-qəsd cəhdi ilə bağlı fikirlərini əks etdirən paylaşım etmişdi. Maskın sözlərinə görə, indiyədək heç kim Baydeni və ya ABŞ prezidentliyinə namizəd Kamala Harrisi öldürməyə cəhd etməyib.