“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, “xAI” startapının yaradıcısı İlon Mask sərhəddəki problemlər səbəbindən ABŞ-də terror aktı təhlükəsi barədə xəbərdarlıq edib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

O, ABŞ prezidentliyinə keçmiş namizəd Vivek Ramasvaminin cənub sərhədi bağlanmasa və kütləvi deportasiyalara başlanmasa, 2001-ci il 11 sentyabr terror aktları miqyasında faciə baş verəcək ifadəsini şərh edib: “Bu, yalnız zaman məsələsidir. ABŞ-də baş verə bilər”.