Sentyabrın 13-də saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsində evlərin birində 1983-cü il  təvəllüdlü Rzayeva Səbinə Cavad qızının üzərində zorakılıq əlamətləri olan meyidinin aşkarlanması barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş qadına qarşı cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.