İstanbulun "Marmara" dənizində iki yük gəmisi toqquşub.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Sahil Mühafizəsi Baş İdarəsinin Mətbuat Xidməti açıqlayıb.

Məlumata görə, Panamanın bayrağı altında üzən 138 metrlik “Volgodon 207” İstanbulun "Ahırkapı" estakadasında lövbər salıb və artıq lövbərdə olan 147 metrlik “Astrid L” yük gəmisi ilə toqquşub.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

 

Əli Ağayev