Bu ilin sentyabr ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 74 bənd təşkil edib.

İqtisadiyyat.Az xəbər verir ki, bu, avqust ayının yekunu ilə müqayisədə 0,4 bənd çox, ilin əvvəli ilə müqayisədə 1,4 bənd çox, ötən ilin sentyabr ayının yekununa nisbətən isə 0,3 bənd çoxdur.

Bu il oktyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 99,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,5 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,2 bənd az, illik müqayisədə isə 0,9 bənd azdır.