2019-cu ilin dekabr ayında Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 73,4 bənd təşkil edib.

İqtisadiyyat.Az xəbər verir ki, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 0,2 bənd az, ilin əvvəli ilə müqayisədə 1 bənd çox, 2018-ci ilin dekabr ayının yekununa nisbətən isə 0,8 bənd çoxdur.

Ötən ilin dekabr ayında manatın real effektiv məzənnəsi isə 99bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,1 bənd az, ilin əvvəli ilə müqayisədə 1,6 bənd az, illik müqayisədə isə 0,6 bənd azdır.