Malidə qızıl mədənində tunelin uçması nəticəsində 73 nəfər ölüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, çökmə zamanı hadisə yerində 200-dən çox mədənçi olub: "Axtarış başa çatıb. 73 cəsəd tapdıq. Hadisə ötən həftə baş verib".

Qeyd edək ki, Mali qızıl istehsalına görə Afrikada birinci yerdədir.