Fransa prezidenti Emmanuel Makron Qırğızıstana səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan lideri Sadır Japarovun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Japarovun Parisə səfəri çərçivəsində Qırğızıstan və Fransa prezidentlərinin görüşü olub. Dövlət başçıları əməkdaşlığın inkişafı məsələlərini müzakirə edərək, ikitərəfli, o cümlədən ticari-iqtisadi və nəqliyyat sahələrində əlaqələrin qurulmasına hazır olduqlarını bildiriblər.

Bildirilib ki, görüş çərçivəsində Sadır Japarov Fransa prezidenti Emmanuel Makronu Qırğızıstana səfərə dəvət edib. Dəvət isə Makron tərəfindən qəbul edilib.

 

Gözəl Həşimova