"İsrailin Qəzza sektorunu işğal etmək üçün genişmiqyaslı hərbi əməliyyat keçirməsi İsrailin uzunmüddətli təhlükəsizliyini təmin etməyəcək bir səhv olardı". 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Qahirədən yola düşməzdən əvvəl Fransa prezidenti Emmanuel Makron səsləndirib.

"Əgər bu, mülki şəxslərin həyatını təhlükəyə atacaq genişmiqyaslı bir müdaxilədirsə, mən hesab edirəm ki, bu, İsrail üçün səhvdir, çünki o, uzunmüddətli perspektivdə İsraili müdafiə edə bilməyəcək və mülki şəxslərin müdafiəsi ilə uyğun gəlmir. Qanun və hətta müharibənin aparılması qaydaları bu qərarla əksdir", - Makron deyib.