Fələstin lideri Mahmud Abbasın Rusiyaya səfəri hazırlanır. Səfərin tarixləri daha sonra açıqlanacaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
"Həqiqətən də, bu səfər hazırlanır və biz bu səfərin tarixini daha sonra açıqlayacağıq", - deyə Peskov Abbasın yayın sonuna qədər Rusiyaya səfər edə biləcəyi sualına cavab verib.