Ötən gün baş verən iğtişaşlar səbəbindən Mahaçqala hava limanı bağlandıqdan sonra bu gün onlarla reys təxirə salınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bunlara Mahaçqalanı Moskva, Nijni Novqorod, Soçi, Surqut, Sankt-Peterburq, Perm və İstanbulla birləşdirən uçuşlar daxildir.

Həmçinin, hava limanından Yekaterinburqa uçan reys gecikib.

 

Gözəl Həşimova