"Macarıstan hökumətinin başçısı Viktor Orban Astanaya rəsmi səfərə gəlib və noyabrın 2-də burada ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstan rəhbərliyi ilə danışıqlar zamanı ticarət-iqtisadi, investisiya, mədəni-humanitar sahələrdə Qazaxıstan-Macarıstan əməkdaşlığının daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq", - məlumatda deyilir.

Orbanı Astana hava limanında Qazaxıstanın baş nazirinin müavini Serik Cumanqarin qarşılayıb.

Qeyd edək ki, noyabrın 1-də Fransa prezidenti Emmanuel Makron da Qazaxıstana səfər edib.