"Macarıstan hökuməti yaxın vaxtlarda parlamentə milli suverenliyin qorunması haqqında qanun layihəsi təqdim etmək niyyətindədir ki, bu da siyasi partiyaların xaricdən maliyyələşməsinə tam qadağa qoyulmasını nəzərdə tutur". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş nazir Viktor Orban Budapeştdə Macarıstan Diasporları Şurası ilə görüşündə bildirib.

Onun mətbuat katibi Bertalan Havasinin qeyd edib ki, hökumət başçısı suverenliyin qorunması haqqında qanunla bağlı böyük müzakirələrin olacağını istisna etməyib. Bununla belə, baş nazirin sözlərinə görə, Macarıstanda xarici pulların Macarıstandakı seçkilərə təsirinin qarşısını almaq üçün aydın qadağalar müəyyən etmək lazımdır.

Havasinin dediklərinə görə, Orban xarici diaspor liderləri ilə yanaşı parlament üzvləri və ictimai xadimlərin də daxil olduğu şura üzvlərindən yeni qanunun qəbuluna dəstək istəyib. Hökumət gözləyir ki, sənəd ölkəni daxili işlərinə xarici müdaxilələrdən qorumağa kömək edəcək.

Bundan əvvəl Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qergeli Qulyas jurnalistlərlə görüşündə bildirmişdi ki, suverenliyin qorunması haqqında qanun layihəsində siyasi partiyaların xaricdən maliyyə vəsaitlərindən istifadə etməməsini təmin edəcək xüsusi departamentin yaradılması nəzərdə tutulur. Yeni qanuna görə, bu cür hərəkətlər cinayət məsuliyyətinə səbəb olacaq.