Macarıstan hökuməti Qəzza zolağından İsrailə raket hücumunu qəddar terror hücumu kimi qiymətləndirir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijjarto bildirib.

Onun sözlərinə görə, İsrailin özünümüdafiə etmək hüququ var: “Bu gün səhər saatlarında İsrail amansız terror hücumuna məruz qaldı. Qəzza zolağından İsrail ərazisinə, xüsusən mülki şəxslərə qarşı mindən çox raket atılıb”.

 

Gözəl Həşimova