Macarıstan parlamenti terrorizmlə mübarizə, infrastrukturun qorunması və ölkədə sosial vəziyyəti yaxşılaşdırmaq üçün yerli hakimiyyət orqanlarına kömək məqsədilə Çada 400 nəfərə qədər hərbi missiya göndərməyə razılaşıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qanunvericilik orqanından bildirilib.

Qeyd edilib ki, səsvermə zamanı 143 deputat sözügedən qərarın lehinə, 30-u əleyhinə çıxış edib, daha 2 deputat bitərəf qalıb.

Parlamentin qətnaməsində qeyd edilib ki, Macarıstanın hərbi missiyası Çad hökumətinin dəvəti ilə Afrikaya göndərilir və missiyada yer alan hərbçi sayı 200-dən 400 nəfərə qədər ola bilər. Hərbçilərin vəzifələrinə məsləhətləşmələrin aparılması, döyüş meydanında dəstək və təlimlər verilməsi, Macarıstan vətəndaşlarının və Macarıstanın maraqlarının qorunması daxildir.