Bu gün Minsk və Moskva arasında həll olunmamış problem yoxdur. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekununda bildirib.

"Biz bu gün bütün məsələləri həll etmişik, əminəm ki, gələcəkdə də eyni şəkildə işləyəcəyik", - Lukaşenko qeyd edib. 

O əlavə edib ki, iki ölkə arasında münasibətlərdə həll olunmayan problem yoxdur, daha ​​çox diqqət və dərindən öyrənilmə tələb edən təxirə salınmış problemlər var.