"Respublikanın hərbi-sənaye kompleksi zəif fəaliyyət göstərir, yaxın gələcəkdə poliqonlarda onun məhsulları ilə tanış olmaq niyyətindədir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Hərbi-sənaye kompleksi hələ də zəifdir. Daha çox neqativ xəbərlər alırıq. Amma qiymət verməyəcəyəm. Yaxın vaxtlarda poliqonlarda hərbçilərlə birlikdə müxtəlif pilotsuz uçuş aparatları, müxtəlif növ təyyarələr, artilleriya silahları göstərəcəksiniz", - Lukaşenko sənayenin inkişafının vəziyyəti və vəzifələrinə dair iclasa yekun vurarkən qeyd edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bu məsələlərə ciddi diqqət veriləcək: "Bu məsələdə zarafat etmək olmaz. Əks halda, burada bizim bütün söhbətlərimiz boş yerə gedir".