Almaniyanın “Lufthansa” aviaşirkəti İranın paytaxtı Tehrana və paytaxtdan planlaşdırılan uçuşları təhlükəsizlik səbəbi ilə dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, Yaxın Şərqdəki mövcud vəziyyətə görə şirkət Tehrana və Tehrandan uçuşları dayandırmağa qərar verib.

Məlumatda İran və İsrailin bir-birini hücumla hədələdiyi qeyd edilib.

 

Gözəl Həşimova