Polşanın şərqindəki Lüblin şəhərində İkinci Dünya Müharibəsi zamanı partlamamış bombanın tapılmasından sonra minlərlə insan təxliyə edilir.

İqtisadiyyat.az Polşa mediasına istinadən xəbər verir ki, şəhərdə yaşayan təxminən 14 min insana təxliyə xəbərdarlığı göndərilib.

Məlumata görə, təxliyə edilənləri şəhərdəki stadiona aparmaq üçün avtobuslar təşkil edilib. Bundan əlavə, bu gün şəhərdə uşaq bağçaları da bağlanıb.

 

Gözəl Həşimova