Liviya Milli Ordusunun (LNA) komandanı feldmarşal Xəlifə Haftar Rusiyaya səfər edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə LNA-nın mətbuat xidmətinin məlumatında deyilir.

"Rusiya Federasiyasından alınan dəvət əsasında feldmarşal Xəlifə Əbu əl-Qasim Haftar bu gün, 26 sentyabr 2023-cü il, çərşənbə axşamı Rusiyaya səfər edib. O, səfər zamanı Rusiya rəsmiləri ilə Liviyada hadisələrin inkişafı ilə bağlı danışıqlar aparılıb. Bundan əlavə, iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib", - məlumatda qeyd edilib.

Məlumata görə, Haftarı Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Yunus-Bek Yevkurov qarşılayıb və görüş mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib.