"Livanın Yaxın Şərqdəki münaqişəyə girməsinin qarşısını almaq niyyətindəyəm, lakin münaqişənin daha da gərginləşəcəyini istisna etmirəm".

İqtisadiyyat.az xəbər verir ki, bunu Livanın baş naziri Nəcib Mikati "France-Presse" agentliyinə müsahibəsində deyib.

"Mən Livanın müharibəyə girməsinin qarşısını alaraq öz öhdəliklərimi yerinə yetirirəm", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, Livan münaqişənin yaratdığı "fırtına"nın episentrindədir: "Münaqişənin bütün regiona yayılmasından əvvəl atəşkəsə nail olmaq yarışı davam etdiyi üçün mən eskalasiyanı istisna etmirəm".

Daha əvvəl "Sky News Arabia" üçün şərhində Mikati bildirib ki, Livan İsraillə hərbi qarşıdurmaya cəlb olunarsa, bu, bütün Yaxın Şərqin xaosa qərq olacağı anlamına gələcək.