İsrail Müdafiə Qüvvələri (IDF) ölkə daxilində bir neçə raket atışı qeydə alıb və Livanın cənubunda yerləşən Hizbullah hərəkatının hərbi obyektlərinə zərbələr endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Livandan İsrailin şimalındakı Yuxarı Qalileyaya bir neçə raket buraxılışı qeydə alınıb. Tələfat qeydə alınmayıb. Bir müddət əvvəl İDF döyüşçüləri Livanın cənubundakı Aita əl-Şab bölgəsində terrorçuların fəaliyyət göstərdiyi Hizbullah hərbi obyektlərinə zərbələr endiriblər", - bəyanatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, İDF İsrail ərazisinin atəşə tutulduğu yerlərə zərbələr endirib.