Litva 2024-cü ildə genişmiqyaslı səfərbərlik təlimləri planlaşdırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Litva Prezidentinin müşaviri Kestutis Budris Dövlət Müdafiə Şurasının iclasının yekunları üzrə jurnalistlərə məlumat verib.

"Gələn il biz genişmiqyaslı ümumi səfərbərlik təlimləri keçirməli olacağıq", - o deyib.

Prezidentin müşaviri təlimlər və onların keçirilmə vaxtı barədə daha ətraflı məlumat verməyib.