Litvada ehtiyacı aktiv şəkildə müzakirə edilən müdafiə vergisi 2025-ci ildən tətbiq oluna bilər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Seymin (parlament) milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Laurinas Kaçiunas BNS agentliyinə bildirib.

"Hərbi ehtiyacların davamlı maliyyələşdirilməsi üçün ən məqbul həll yolunun tapılması ideyası, o cümlədən müdafiə vergisinin tətbiqi ilə gündəmdədir. Qərar 2024-cü ildə verilə bilər. Bundan sonra vergi 2025-ci ildən qüvvəyə minəcək", - diplomat deyib.