Litvanın xarici işlər naziri Qabrielius Lansbergis NATO-nun Ukrayna üzərində nüvə çətirinin və Şimali Atlantika Alyansının sərhədləri yaxınlığındakı boz zonanın açılmasını zəruri hesab edir. 

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə Varşavada təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq forumda bildirib.

"Transatlantik region anlayışı genişləndirilməli və o, NATO-nun nüvə çətiri ilə qorunmalıdır. Bu, o cümlədən Ukrayna üçün keçərli olmalıdır", - o deyib.

Landsbergisin fikrincə, ittifaqı genişləndirmək lazımdır.