"Litva Belarus rəsmilərinin Vilnüsə qarşı təhdidlər ehtiva edən bəyanatlarına görə bu ölkəyə etiraz notası təqdim edib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Belarusun Litvadakı səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib", - məlumatda deyilir.

Notaya Belarus Təhlükəsizlik Şurası dövlət katibinin birinci müavini Pavel Muraveykonun "Veçerniy Minsk" nəşri tərəfindən dərc edilmiş bəyanatları səbəb olub. Onun sözlərinə görə, Litva faktiki olaraq Belarusa mallarının sərhəddən keçirilməsinə qadağa qoyub ki, bu da həyati əhəmiyyətli dəhlizi silah gücü ilə kəsməyə əsas verir.

"Bu bəyanatlar Litvaya açıq hücum təhdidləri kimi başa düşülə bilər ki, bu da qətiyyən qəbuledilməzdir", - XİN qeyd edib.