Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Co Baydenə Yaxın Şərqdəki böhranın həlli üçün hərbi əməliyyatları dayandırmağı və BMT Təhlükəsizlik Şurasında humanitar atəşkəs elan edilməsinə dair qətnamə təklif edilən zaman vetodan istifadə etməməyi tövsiyə edib.

İqtisadiyyat.az xəbər verir ki, Lavrov bu barədə CBS telekanalına müsahibəsində deyib. 

"Hərbi əməliyyatları dayandırın. Humanitar atəşkəs elan etmək üçün qətnamə təklif olunanda vetodan istifadə etməyin. Siz vetodan iki dəfə istifadə etmisiniz. BMT Təhlükəsizlik Şurasından atəşkəs tələbinə heç bir reaksiya yoxdur", - Lavrov qeyd edib.

"Dürüst iştirakçı kimi başqalarına qoşulun. Yalnız necə təminat verə biləcəyinizi düşünərək prosesi monopoliyaya almağa çalışmayın. Sizin təklif etdiyiniz Fələstin xalqının maraqları deyil, öz maraqlarınızdır", - Lavrov əlavə edib.