"Region ölkələri Yaxın Şərqdə vasitəçilik mexanizmində aparıcı rol oynamalıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərindən sonra keçirilən mətbuat konfransında deyib.

"Mən hesab edirəm ki, yeni vasitəçilik mexanizmi region ölkələri tərəfindən idarə olunmalı və ondan ibarət olmalıdır", - deyə Lavrov müvafiq sualına cavab verib.

"Əgər region ölkələri Rusiya, Çin və digər xarici ölkələrin vasitəçilik səylərinə qoşulmasını məqsədəuyğun hesab etsələr, bu, onların qərarı olacaq və yəqin ki, hamı bununla razılaşmalı olacaq", - diplomat əlavə edib.

Nazirin sözlərinə görə, İordaniya, Qətər, BƏƏ və digərləri kimi regional ölkələr belə fəal rolu öz üzərinə götürməyə hazırdır: "Bu, asan olmayacaq, çünki instinktlərin ölməsi çox vaxt aparır və Amerika instinkti bütün məsələləri özü həll edir və hər kəsə kimin nə etməli olduğunu qərarlaşdırır", - Lavrov əlavə edib.