Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər arasında baş tutan telefon danışığı zamanı ticarət-iqtisadi sahədə əməkdaşlığın artırılması, eyni zamanda regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, dekabrın 25-də Sankt-Peterburqda imzalanmış Avrasiya İqtisadi İttifaqı və İran arasında azad ticarət sazişinə əsaslanan təmaslar müzakirə mövzusu olub.