Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Qərb ölkələrinə hücum etmək istəməsi ilə bağlı bəyanatları cəfəngiyyat hesab edir. 

İqtisadiyyat.az xəbər verir ki, o, bu fikri BMT Təhlükəsizlik Şurasının tədbirlərindən sonra keçirilən mətbuat konfransında bildirib.

"Amerika rəhbərliyi inanır ki, Konqresi bu nağıl və uydurmalarla (Rusiya Federasiyasının 2025-ci ildə NATO ilə mübarizə planları haqqında fikirləri nəzərdə tutur - red.) asanlıqla qorxuda bilər ki, Konqres sonda kompromislərə getsin. Beləcə Konqres Ukrayna üçün milyardlarla dollar dəyərində yardım ayırsın", - rusiyalı nazir qeyd edib.

"Mən əminəm ki, bu sözləri deyənlər yaxşı başa düşürlər ki, bu cəfəngiyyatdır", - Lavrov əlavə edib.