“Rusiya regionun səmərəli beynəlxalq əməkdaşlıq zonası kimi mövqeyini möhkəmləndirmək üçün “Xəzər beşliyi” (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) formatında fəal quruculuq işlərinə sadiqdir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzər əməkdaşlığı üzrə idarələrarası komissiyanın ilk iclasında deyib.

“Rusiya bu regionun sülh, harmoniya, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq zonası kimi mövqeyinin möhkəmləndirilməsi maraqları naminə “Xəzər Beşliyi” formatında fəal quruculuq işinə sadiqdir. Xəzəryanı ölkələrin birgə fəaliyyəti bütün Avrasiya məkanında təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm amildir”, - deyə o, bildirib.

 

Gözəl Həşimova