"Müstəqil Dövlətlər Birliyinin (MDB) sərhədlərində gərginliyin artması fonunda Rusiya sədr kimi assosiasiyanın bütün sahələrdə təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB üzvü olan ölkələrin Daimi Səlahiyyətli Nümayəndələri Şurasına videomüraciətində deyib.

Onun sözlərinə görə, tədbirlər terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və korrupsiya ilə mübarizəni əhatə edəcək:

“Qlobal qeyri-sabitlik və MDB-nin xarici sərhədlərinin perimetri boyunca artan gərginlik fonunda təbii ki, bütün ölçülərdə təhlükəsizliyin təmin edilməsi məsələləri gündəmdə olacaq”.

 

Gözəl Həşimova