Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya və Ukraynanın Cenevrədə birbaşa danışıqlar apara biləcəyinə dair nəşrləri şayiə adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.

“Rusiya və Ukraynanın guya Cenevrədə birbaşa danışıqlar apara biləcəyinə dair nəşrlər şayiədir”, - deyə nazir bildirib.