Qərb Azərbaycanla Ermənistan nizamlanmasında Rusiya Federasiyasının rolunun yanlış olduğu qənaətinə gəlib və onları Brüsseldə, Parisdə və Vaşinqtonda "şirnikləndirməyə" çalışır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərindən sonra keçirilən mətbuat konfransında deyib.

"Şəxsən Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin noyabrında müharibəni necə dayandırmağın mümkün olmasında və Ermənistan-Azərbaycan-Rusiya arasında bir neçə üçtərəfli sənədlərin razılaşdırılmasında həlledici rol oynayıb", - Lavrov qeyd edib.

"Bu yaxınlarda biz gördük ki, bu razılaşmalardan sonra qərbli həmkarlar Rusiyanın bu istiqamətdə irəliləyiş əldə etməsinin nədənsə yanlış olduğunu düşünərək erməniləri və azərbaycanlıları Brüsselə, sonra Parisə, sonra Vaşinqtona sövq etməyə başladılar", - nazir əlavə edib.