Oktyabrın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Müstəqil Dövlətlər Birliyinin (MDB) xarici işlər nazirləri Şurasının Bişkekdə keçiriləcək iclasında iştirak edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Qırğızıstan bu il Birliyə sədrlik edəcək. Bildirilib ki, görüş zamanı nazirlər aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaq və MDB formatında çoxşaxəli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.

 

Gözəl Həşimova