"Rusiya tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcəyini gözləyir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı bildirib.

Onun sözlərinə görə, sammit dekabrın sonunda Sankt-Peterburqda baş tutacaq:

“Ənənəyə uyğun olaraq, bu ayın sonunda Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasları və MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək, burada biz əvvəllər olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakına ümid edirik”.

 

Gözəl Həşimova