Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov sentyabrın 19-dan 26-dək Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında çıxış edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Lavrov sentyabrın 19-dan 26-dək keçiriləcək Baş Assambleyanın ümumi siyasi müzakirələri zamanı çıxış edəcək. Nazir, həmçinin bir sıra ikitərəfli görüşlərdə və çoxtərəfli tədbirlərdə iştirak edəcək”, - deyə məlumatda bildirilir.

Əlavə edək ki, Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 19-da BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək.

 

Gözəl Həşimova