"3+3" regional platforması artıq formalaşır və getdikcə daha perspektivli olur".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı bildirib.

“Prezident İlham Əliyevin Cənubi Qafqaz üzrə “3+3” regional platformasının formalaşdırılması ilə bağlı təşəbbüsü artıq formalaşmaqdadır. Bu, həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlar barədə qiymətləndirmələrinizi eşitməyə şad olaram”, - o qeyd edib.

 

Gözəl Həşimova