Avropa İttifaqı Rusiyanı Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planlarını gizlətmir, buna nail olmayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Moskva. Kreml. Putin" verilişində deyib. Jurnalist Pavel Zarubin bu fraqmenti Telegram kanalında yayıb.

“Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir. Bu alınmayacaq. Biz tarixən buradayıq və heç yerdə yox olmayacağıq. Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox gözəl bilirlər”, - deyə diplomatik idarənin rəhbəri bildirib.