"İtkin düşmüş şəxslərlə bağlı əməkdaşlığımızı gücləndirməliyik".

İqtisadiyyat.az xəbər verir ki, bunu "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Küveytin əsir və itkin düşmüşlər üzrə xarici işlər nazirinin köməkçisi, səfir Rabea Saad Al-Adsani deyib.

O bildirib ki, itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələdə hər bir ölkə gördüyü işlərlə humanizmə öz töhfəsini verir:

"Hər itkin düşən şəxs bir ailənin arzularının sona çatmasıdır. Biz bu məsələni sülhün və davamlı inkişafın mühüm hissəsi kimi qəbul edirik. Qlobal səviyyədə itkin düşmüş şəxslərlə bağlı məsələdə öhdəliyimizi gücləndirməliyik".

Gülşən Şərif